Paşinyan parlamentdə olmayan müxalifət liderləri ilə görüşdübackend

Paşinyan parlamentdə olmayan müxalifət liderləri ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə təmsil olunmayan müxalifət partiyalarının sədrləri ilə görüş keçirib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, görüşdə Respublika Partiyasının sədri Aram Sarkisyan, Vahid Vətən partiyasının sədri Mqer Terteryan, Avropa Partiyasının sədri Tiqran Xzmalyan, Xristian-Demokrat Partiyanın sədri Levon Şirinyan və Vətənin Gücü partiyasının rəhbəri Tiqran Arzakantsyan iştirak ediblər.

Görüş zamanı ölkədəki siyasi vəziyyətin və digər məsələlərin müzakirə edildiyi qeyd olunub.

Xatırladaq ki, Ermənistanın Baş naziri vaxtaşırı parlamentdənkənar müxalifət liderləri ilə görüşlər keçirir. Bəzi ekspertlər hesab edirlər ki, hökumət başçısı loyal müxalifət formalaşdırmağa çalışır.