Paşinyan parlamentin iclasna sərxoş vəziyyətdə gəlibmişbackend

Paşinyan parlamentin iclasna sərxoş vəziyyətdə gəlibmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan parlamentin dünənki iclasına içkili gəlib. Hətta onun komandasındakı yoldaşları da özəl söhbətlərdə bunu danmırlar”.

NOCOMMENT musavat-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzetin iddiasına görə, bunu həm də baş nazirin bir-birindən ziddiyətli bəyanlarından və davranışından görmək mümkündür.

Nikol Paşinyan bəzi cümlələri ilə öz-özünü inkar edən fikirlərə yol verib.

Məsələn, Ermənistan baş naziri parlamentdəki çıxışında Silahlı qüvvələrin keçmiş baş qərargah rəisi Onik Qasparyanın müharibənin 4-cü günündə ona savaşı 2-3 gün ərzində sona çatdırılması üçün tədbirlər görülməsi barədə heç bir söz demədiyini söyləyib.

Halbuki, məhz Nikol Paşinyanın özü ötən il dekabrın16-da “Azadlıq” radiosuna verdiyi müsahibədə general Onik Qasparyanın ona bu barədə təklif verdiyini deyibmiş.