Paşinyan Qarabağ danışıqlarının DETALLARINI AÇDIbackend

Paşinyan Qarabağ danışıqlarının DETALLARINI AÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Serj Sarkisyanın hakimiyyəti dövründə Qarabağla bağlı danışıqların detallarını açıqlayıb.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, Paşinyan Sarkisyanın prezident olduğu vaxt Minsk qrupunun həmsədrlərinə məktub ünvanladığını, azərbaycanlı əhali ilə bağlı fikirlərini dilə gətirdiyini deyib.

“Danışıqlarla bağlı sənədlər arasında Sarkisyanın vasitəçilərə məktubu var. Məktubda bildirilir ki, bütün əhalinin iradəsini azad nümayiş etdirmək imkanları olmalıdır. Sarkisyanın narahatlığı Dağlıq Qarabağın əhalisi olaraq nə qədər azərbaycanlının sayılacağı idi. Sual yaranır ki, Dağlıq Qarabağın əhalisi olmaq üçün bu azərbaycanlılar orada yaşamalı deyildilər?”, – deyə Paşinyan bildirib.

N.Paşinyan Sərkisyana detalları açdığı üçün təşəkkür edib.

Paşinyan bir neçə ay əvvəl Şuşaya azərbaycanlıların qayıtması gərəkdiyini deyəndə keçmiş hökumətin bunu təkzib etdiyini bildirib: “Məsələ azərbaycanlıların, Dağlıq Qarabağın əhalisinin harada yaşayacağı idi? Mən ümid edirəm ki, hər kəs bu sualın cavabını başa düşür”.

O, Qarabağla bağlı danışıqların məzmunu və məntiqinin 2015-2016-cı illərdə dəyişdiyini deyib.

“Serj Sarkisyan aprel döyüşləri ilə nəticələnən 2015-cı ilin payızı, eyni zamanda 2016-cı ilin qışındakı hadisələr barədə danışmalıdır. Bunu təsdiqləyən sənədlər, danışıqların protokolları var. Mən bu sənədlərlə 2018-ci ildə işləmişəm. Bəlkə də bu dövrdə vasitəçilərin Azərbaycanın mövqeyini müdafiə edəcəkləri aydınlaşacaq? Madrid prinsipləri sadəcə sərgi-görüntü idi, onun çərçivəsində digər proseslər gedirdi”, – deyə Paşinyan söyləyib.