Paşinyan Qarabağ ermənilərinə mesaj verdi: Azərbaycanla anlaşınbackend

Paşinyan Qarabağ ermənilərinə mesaj verdi: Azərbaycanla anlaşın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibədən sonra Qarabağda yeni siyasi şərait yaranıb. Doğrudur, Ermənistan hakimiyyəti hər vəchlə danışıqlardan boyun qaçırıb, beynəlxalq tribunlarda anti-Azərbaycan kampaniyası başlatsa da, hələlik onlar heç bir nəticə əldə edə bilməyib və bu gedişlə edə bilməyəcəklər də. Çünki hər kəsə bəlli olan bir şey var ki, Azərbaycanın qətiyyətli mövqeyi Qarabağ məsələsində Ermənistanın arzularını gözündə qoydu. 

Paşinyan nə istəyir? 

Elə bu məqamda Ermənistanın Baş naziri Nikol Paşinyanın da reallığı başa düşdüyünü demək olar. Doğrudur, o, Azərbaycanla bağlı dəfələrlə destruktiv bəyanatlar səsləndirib, lakin Baş nazir anlayır ki, artıq Azərbaycanla hədə-qorxu dilində danışmaq olmaz.

“Qaçın!” 

İndi isə qayıdaq Baş nazirin sonuncu açıqlamasına: Nikol Paşinyanın Qarabağ ermənilərinə dəfələrlə üstüörtülü “qaçın” mesaj verdiyini hamımız bilirik. İndi də bu mesajlara yenisi əlavə olundu. Belə ki, o, “Bakının növbəti planı” adı altında, əslində, Ermənistan hakimiyyətinin yuxarı eşelonuna sərf edən bir məsələni parlamentdə dilə gətirdi. Erməni baş nazir Azərbaycanı sərt şəkildə ittiham edərək bəyan etdi ki, guya, Azərbaycanın planı Qarabağda iqtisadi və psixoloji vəziyyəti kluminasiya nöqtəsinə çatdırmaq, sonra bir neçə günlüyə yolu açmaq və ermənilərin bölgədən çıxmasına şərait yaratmaqdan ibarətdir. Öz qurdğu xülyalardan ayılmayan Paşinyan, hətta onu da deyib ki, Azərbaycan tərəfi sonra yolu yenidən bağlayacaq və bir müddət sonra ermənilərin Qarabağdan köçməsi üçün növbəti dəfə qısa müddətli açacaq.

Ermənilər üçün metastaz vermiş xərçəng şişi 

Əslinə qalsa, Nikol Paşinyan bununla nə demək istədiyini açıq şəkildə vurğulayıb. Ağlı başında olan ermənilər də anlayır ki, rəsmi İrəvanın “Artsax xalqı” xülyası ilə yaşayan Qarabağ ermənilərinin taleyinə təsir etmək imkanları sıfırdır. Çünki Baş nazir Paşinyan üçün bu gün əsas məsələ Ermənistanı Rusiyanın forpostundan azad etmək, ölkədə Rusiyayönümlü hərbi-siyasi elitanı zərərsizləşdirmək və Avropa Birliyinin Müşahidə Missiyası adı altında ölkəni 400-dən çox fransız kəşfiyyatçılarla, yaxud ABŞ-ın İrəvandakı səfirliyini 1500-dən çox CIA əməkdaşlarıyla doldurmaqdan ibarətdir. Yəni əslən Karvansaraydan (İcevan) olan və son 20 ildə Levon Ter-Petrsoyandan (Livan ermənisi olub – red.) fərqli olaraq digər sələfləri kimi (Robert Koçaryan və Serj Sarkisyan) “Qarabağ klanı”nın üzvü olmayan bu adam üçün hazırda son istinad nöqtəsi Ermənistandır, nəinki 30 ildən çoxdur Ermənistanın boğazında qalan və metastaz vermiş xərçəng şişi Qarabağ…

Kartları açıq oynamaq: anti-Rusiya

Paşinyanın son çıxışları və ritorikalarından sonra bir sıra analitiklərin fikrincə, artıq Qarabağ ermənilərinin çıxış yolu Azərbaycanla danışmaqdan keçir. Paşinyan administrasiyası Rusiya ilə münasibətlərdə kartları açıq oynayaraq, anti-Rusiya tezisləri fonunda artıq Qarabağ məsələsində söz sahibinin onlar olmadığını hər dəfəsində bildirir. Lakin o, erməni diasporu və daxildəki ultramillətçi revanşistlərdən qorxduğu üçün də bu məsələdə ayaqyeri qoymağa məcbur qalır.

Separatçıların mövqeyi

Xankəndinin özündə bütün səlahiyyətləri ələ alan rusiyalı filantrop və “dövlət naziri” Ruben Vardanyanın da Paşinyanla münasibətlərində soyuq küləklərin əsdiyini demək olar. Paşinyanın Qarabağdakı yeganə adamı sayılan Araik Arutyunyan isə artıq bütün rıçaqlardan məhrum olub. Hətta Vardanyanın təzyiqlərindən sonra azərbaycanlılarla dialoqa gedən Vitali Balasanyanı da “təhlükəsizlik şurasının katibi” vəzifəsindən azad etmişdi.

Burada isə oxlar 3 fərqli mövqeyə yuvarlanır: 1. Paşinyan hakimiyyəti üçün şurtvatsların (Qarabağ ermənilərinə Ermənistan ermənilərinin verdiyi ad – red.) taleyi maraqlı deyil; 2. Ukrayna cəbhəsində savaşmaqla yanaşı hələ də Cənubi Qafqazda siyasi rıçaqları əlində saxlayan Rusiya üçün bu məsələnin davamlı uzanması vacibdir; 3. Xankəndi və ətraf ərazilərdə öz mövcudluğunu qoruyan separatçı rejimin təsiri altında yaşayan ermənilər 3 yerə bölünüb.

Yəni onlardan bəziləri qaçır, bəziləri bizim yursidiksiyamızı qəbul etmək istəyir, bəziləri isə muzdlu döyüşçü olaraq separatçı rejimin köləsi olmaqda davam edir.

Baş nazirin fikirlərinə gəldikdə isə aydın şəkildə bəlli olur ki, İrəvan Xankəndiylə körpüləri çoxdan yandırıb. Ağılı olan erməni isə o körpüyə getməz. Arxasına baxar və gələcəyini düşünər. Sakit, rahat, firavan və müharibəsiz bir gələcək…

Yenisabah