Paşinyan Qarabağ məğlubiyyətinə görə onları İTTİHAM EDİRbackend

Paşinyan Qarabağ məğlubiyyətinə görə onları İTTİHAM EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan II Qarabağ Müharibəsində uğradıqları məğlubiyyətlə bağlı yeni qərarlar verəcək.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu fonda Qarabağ separatçılarının lideri Araik Arutyunyanla separatçı qüvvələrin eks-komandiri Samvel Babayan arasında münasibətlər gərginləşib.

“Arutyunyanın tərəfdarları Babayanı aktiv təndiq edirlər. Onlar məhz Babayanın təklifi ilə Paşinyanın uğursuz “Lələ Təpə” əməliyyatının keçirilməsi barədə göstəriş verdiyini söyləyirlər. Həmin hücum zamanı Ermənistan ordusu çox böyük itkilər verərək döyüş potensialını itirmişdi”.

“Qraparak” qəzeti hazırda Qarabağ məğlubiyyətinə görə əsas təqsirli şəxslər qismində Araik Arutyunyanın, Samvel Babayanın və vaxtı ilə Qarabağdakı işğalçı qüvvələrin “rəhbəri” olmuş Cəlal Arutyunyanın adlarını çəkir.