Paşinyan Qarabağa görə rəqiblərini TƏNQİD ETDİbackend

Paşinyan Qarabağa görə rəqiblərini TƏNQİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə hazırda müxalifətdə olan əvvəlki hakimiyyət nümayəndələrini Qarabağla bağlı danışıqlarda xoşagəlməz vəziyyət yaratmaqda ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

Paşinyan qeyd edib ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra danışıqlar prosesi ona miras qalıb.

“Siz hələ də bir kəlmə də demirsiniz ki ki, özünüz müharibənin qarşısını necə alardınız. Gedin fikirləşin ki, 2018-ci ildə, 2019-cu ildə, 2020-ci ildə nə edərdiniz ki, müharibə olmasın. Niyə də olmasın?”, – deyə Paşinyan bildirib.

O, sələflərini də ordunu və ölkəni talamaqda ittiham edib.

Paşinyan qapalı iclas təşkil etməyi təklif edib və bildirib ki, o, iddiasını sübut etmək üçün keçmiş danışıqlara dair sənədləri gətirəcək.
modern.az