Paşinyan: Qarabağın son statusu Azərbaycan konstitusiyası əsasında baş verməlidirbackend

Paşinyan: Qarabağın son statusu Azərbaycan konstitusiyası əsasında baş verməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri dekabrın 24-də onlayn rejimdə mətbuat konfransı zamanı deyib ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Nikol Paşinyan Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin əzəldən erməni tərəfinin “xeyrinə” getmədiyini deyib.

Onun sözlərinə görə, Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər erməni tərəfi üçün “faciəvi” olub.