Paşinyan rus qüvvələri ilə bağlı bu yalanı niyə yaydı?backend

Paşinyan rus qüvvələri ilə bağlı bu yalanı niyə yaydı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən narazıdır. Çünki gözlədiklərinin əksinə oldu: sülhməramlılar onları üçtərəfli müqaviləyə əsasən ətraf rayonlardan çıxardı, çıxmadıqları ərazilərdən isə zorla qovdu.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya sülhməramlılarının Qarabağda guya mühasirəyə alınması haqda Ermənistan Baş naziri Paşinyanın yaydığı xəbərlərin pərdəarxası məqamları haqda danışarkən deyib.

O bildirib ki, erməni təbliğat maşını indi də Rusiya sülhməramlıları üzərindən dezinformasiya yaymağa başlayıb:

“Rusiya Müdafiə Nazirliyi də məsələnin yalan olduğunu təsdiqlədi. Bu zaman belə bir sual ortaya çıxır: Bu və bu kimi xəbərlər nə üçün yayılır?

44 gün ərzində xalqını nadancasına aldadan Nikol Paşinyanın dezinformasiya şəbəkəsi yenə də öz işindədir. Məsələ ondadır ki, rus sülhməramlıları regionda sabitliyin bərpa olunması, tərəflərin hərbi toqquşmalardan çəkinməsi və ən əsası yerli xalqların bir-birinə uyğunlaşana qədər təhlükəsizliyinin qorunması üçündür. Lakin Ermənistan heç də bunu belə təsəvvür etmirdi. Ermənilər rus sülhməramlılarının onları qorumağa, Qarabağı onlara peşkəş etməyə gəldiyini sanırdı. Reallıq isə göz qabağındadır.

Rusiya sülhməramlılarının Qarabağda mühasirəyə alınması kimi bir xəbər həm Rusiyada, həm Ermənistanda ciddi ajiotaj yarada bilər. Erməni təbliğat maşını bu xəbərlərlə rus ictimaiyyətində antiazərbaycan ovqatı yaratmaq istəyirdi. Lakin dediyim kimi, dayaz və məntiqi əsas baxımından zəif olan bu xəbər nəinki hədəfinə çatmadı, erməni təbliğat maşınının olan-qalan nüfuzunu yerlə-yeksan etdi.

Ermənistan birmənalı olaraq anlamalıdır ki, qarşılarında hər cəbhədə qalib ölkə var. Bu və bu kimi hərəkətlər, sadəcə, acizlik və zəifliyin növbəti elanıdır”.