Paşinyan Rusiya ilə müttəfiqliyi dağıtmağı hədəfləyirbackend

Paşinyan Rusiya ilə müttəfiqliyi dağıtmağı hədəfləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Ermənistandakı daxili siyasi proseslərə və baş nazirin “İsgəndər”lə bağlı bəyanatlarına ehtiyatla reaksiya verməsi o qədər də doğru deyil.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Demokrat Partiyasının sədri Aram Sarkisyan deyib.

Onun sözlərinə görə, Paşinyanın “İsgəndər”lərlə bağlı bəyanatı Rusiyaya qarşı provokasiyadır: “Paşinyan açıq şəkildə antirusiya mövqeyini ortaya qoydu. Onun bu mövqeyi illər ərzində möhkəmlənib və dəyişə bilməz. Paşinyan düşünür ki, Rusiya ilə çoxillik müttəfiqlik münasibətləri dağıdılmalı və Qərbə kurs götürülməlidir”.