Paşinyan Rusiyaya işçi səfərə yollanıbbackend

Paşinyan Rusiyaya işçi səfərə yollanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Eyni zamanda, Putinin hər iki ölkənin başçısı ilə təkbətək görüşü də nəzərdə tutulub.

V.Putinin təşəbbüsü ilə keçiriləcək görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr olunub.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.