Paşinyan Şahramanyanı “blok etdi” – İrəvanda qarşıdurmabackend

Paşinyan Şahramanyanı “blok etdi” – İrəvanda qarşıdurma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü buraxmış qondarma “Artsax” separatçılarının sonuncu lideri Samvel Şahramanyan Qarabağdan Ermənistana qaçdıqdan sonra baş nazir Nikol Paşinyanın qəbuluna düşə bilməyib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Qeyd edilir ki, Şahramanyan iki həftəyə yaxındır ki, Nikol Paşinyanla görüşmək üçün imkan gözləyir, amma baş nazir hələ ki ona reaksiya verməyib.

Məlumatlara görə, Şahramanyan mövcud vəziyyət və gələcəklə bağlı mövqeyini ictimaiyyətə açıqlamazdan əvvəl Paşinyanla bəzi məsələlərə aydınlıq gətirmək istəyir. Paşinyan isə naməlum səbəblərdən görüşü gecikdirir.

Erməni KİV Şahramanyana münasibətin İrəvanın siyasi dəhlizlərində məzhəkə obyekti olduğunu diqqətə çatdırıb. “Hraparak” iddia edib ki, Nikolun komandasının üzvləri “Paşinyan Şahramanyanı adam yerinə qoymur” məzmunlu ifadələr işlətməkdən belə çəkinmirlər. Bu isə Ermənistan hakimiyyəti ilə “Artsax” liderləri və bütövlükdə Qarabağ erməniləri arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.