Paşinyan Samo ləqəbli canini Xankəndiyə göndərirbackend

Paşinyan Samo ləqəbli canini Xankəndiyə göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan I Qarabağ müharibəsində Samo ləqəbli cani Samvel Babayanı Xankəndiyə göndərmək istəyir.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, Paşinyan Babayandan Xankəndidə baş separatçı Araik Arutyunyana alternativ kimi istifadə etmək niyyətindədir.

Erməni mənbələr hazırda Nikolla Samvel arasında bu istiqamətdə danışıqlar getdiyini yazır.

S.Babayan qondarma rejimin müdafiə naziri olub, Paşinyan hakimiyyətə gəldikdən sonra qondarma rejimdə milli təhlükəsizlik şurasının katibi vəzifəsinə gətirilib. 44 günlük müharibədən sonra İrəvana qaçıb.