Paşinyan Sarkisyanın istefa qərarından danışdıbackend

Paşinyan Sarkisyanın istefa qərarından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan prezidentin istefasından danışıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, N.Paşinyan məsələni şərh etmək istəmədiyini deyib:

“Armen Sarkisyanın tutduğu vəzifədən getmək barədə qərarını elanı etməsinə bir neçə saat qalmış xəbərim oldu. O, mənimlə məsləhətləşməyib, sadəcə olaraq məlumatlandırdı. Mən ondan soruşdum ki, bəlkə hələ müzakirə etmək olar? Sarkisyan isə artıq qərar qəbul etdiyini dedi”, – deyə Baş nazir bildirib.

N.Paşinyan qeyd edib ki, istənilən məmur bu cür qərarları müstəqil qəbul edə bilər.