Azərbaycanla sərhədlərin delimitasiyası prosesi Ermənistan üçün təhlükəsizliyin təminatıdır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Sərhədlərin delimitasiyası təhlükəsizliyin təminatıdır. Bundan yaxşı zəmanət yoxdur. Bu, həm də müstəqilliyin və suverenliyin təminatıdır”, – o qeyd edib.
Paşinyan vurğulayıb ki, proses bütün sərhəd xətti boyunca davam etməlidir.