Paşinyan SƏRSƏMLƏDİ – Bakıya qarşı elə bir İTTİHAM SƏSLƏNDİRDİ Kİ…backend

Paşinyan SƏRSƏMLƏDİ – Bakıya qarşı elə bir İTTİHAM SƏSLƏNDİRDİ Kİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni ordusunun yaranışının 34-cü ildönümü ilə bağlı çıxışında Nikol Paşinyan 2020-ci ildən sonra sərhəd ərazilərinin Azərbaycan tərəfindən “işğal edilməsi” məsələsini qaldırıb. O, bildirib ki, “işğal olunmuş ərazilər məsələnin həlli hər iki ölkədə artıq ən yüksək hüquqi qüvvəyə malik olan Ermənistan və Azərbaycan sərhəd delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamədə təsbit olunub və bu məsələ delimitasiya prosesində həll olunacaq”.

“Hraparak” isə yazıb ki, “Kirants kəndinin torpaqlarının delimitasiya bəhanəsi ilə birtərəfli və qanunsuz şəkildə təhvil verilməsindən bir il yarımdan çox vaxt keçib”. Erməni nəşri sual edib ki, niyə 2020-ci ildən sonra Azərbaycanın “işğal” etdiyi 215 kvadrat kilometr ərazidən, eləcə də 30 ildən çoxdur “işğal altında” olan on minlərlə hektar Ermənistan torpaqlarından bir metr belə qaytarılmayıb?

Asif Şəkərli

Məsələ ilə bağlı NOCOMMENT.az-a siyasi şərhçi Asif Şəkərli qeyd edib ki, 2020-ci il 44 günlük müharibədən sonra, xüsusilə 2021-2022-ci illərdəki sərhəd toqquşmaları nəticəsində İrəvan Azərbaycanı Ermənistanın beynəlxalq tanınmış ərazisindən təxminən 200-215 kvadrat kilometr əraziyə nəzarət etməkdə  ittiham edir:

“Bu ərazilər əsasən strateji yüksəklikləri əhatə edir. İddia olunan ərazilər əsasən Ermənistanın Zəngəzur, Göyçə vilayətlərinin sərhəd zonalarına düşür. Azərbaycan bu addımların delimitasiya olunmamış sərhədlərdə mövqelərin yaxşılaşdırılması və Ermənistanın hərbi təxribatlarına cavab olduğunu bildirib”.

Ekspertin sözlərinə görə, 4 anklav kəndimizi işğalda saxlayan tərəfin bizi işğalçılıqda ittiham etməsi heç bir məntiqə sığmır:

“Eyni zamanda həmin ərazilərin Ermənistana aid olduğunu iddia edə bilməzlər. Ona görə ki, döyüşlər şərti sərhəddə gedib və delimitasiya yoxdursa, erməni tərəfi ərazi iddiası irəli sürə, Azərbaycanı işğalçı adlandıra bilməz. Axı şərti sərhəddə ərazinin hansı tərəfə məxsus olduğu barədə dəqiqləşmə getməyib. Delimitasiya sübut edəcək və xəritələr əsasında faktlar təqdim olunacaq. Şərti sərhəd o deməkdir ki, ərazi iddiası irəli sürmək əsaslı ola bilməz.

Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi böyük zaman tələb edir. Nəzərə almalıyıq ki, texniki tərəfləri çoxdur. Sadəcə, Paşinyan delimitasiya çərçivəsində məsələnin həll olunacağını deməklə ermənilərin başını qatıb”.

Tunar