Paşinyan siqaret alverinə başladıbackend

Paşinyan siqaret alverinə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadi böhran içində olan Ermənistan qeyri-qanuni siqaret və brilyant ticarətilə məşğuldur.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, şimali İraqda satılan qaçaq siqaretlərin əksəriyyəti Ermənistandan gətirilir. Qanunsuz ticarət şəbəkəsi Ermənistanın baş naziri Nikol Paşinyana qədər uzanır.

Məlumatda qeyd olunub ki, illərdir qanunsuz biznes fəaliyyəti ilə beynəlxalq hüququ pozan Ermənistan ticarətdə heç bir sərhəd tanımır və öz mövqeyindən də əl çəkmir.

Müşahidələr təsdiqləyir ki, şimali İraqda bazar rəfləri saxta erməni siqaretləri ilə doludur. Bahalı və keyfiyyəti aşağı olan bu məhsullar qaçaqmalçılıq yolu ilə Ermənistandan bu ölkəyə gətirilir. Üstəlik, satınalmanın hər bir mərhələsi Ermənistan dövlətinin nəzarəti daxilində baş verir.