Paşinyan sülhməramlıların fəaliyyətindən NARAZIDIRbackend

Paşinyan sülhməramlıların fəaliyyətindən NARAZIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağda atəşkəs rejiminin pozulması sülhməramlıların fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatının təfərrüatlarına aydınlıq gətirmək mütləqdir. Mən dəfələrlə demişəm ki, Rusiya sülhməramlılarının Qarabağda olması və fəaliyyəti ermənilərin təhlükəsizliyinin əsas amilləridir.

Biz Rusiya Federasiyasının regionumuzda sülh və sabitliyin təmin edilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Amma bu gün vəziyyət dəyişib. Onlar regiondakı hadisələrə göz yumurlar”, – deyə Paşinyan hökumətin bu gün keçirilən iclasında vurğulayıb.