Paşinyan Sünikə gəlişinin səbəbini açıqladıbackend

Paşinyan Sünikə gəlişinin səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Sünikə sakinlərlə açıq danışmaq üçün gedirəm”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Sünikə gedərkən sözügedən vilayətin sakinlərinə müraciətində deyib.

O əlavə edib ki, Sünikə səfəri heç də əhalini qəzəbləndirmək, vəziyyəti daha da kəskinləşdirmək məqsədi daşımır. “Əksinə, mən qərara gəldim ki, Sünikə gedərək əhalini maraqlandıran sualları gözlərinin içinə baxaraq cavablandırım”, – deyə Baş nazir vurğulayıb.

O bildirib ki, Sünik ərazisindən 1 millimetr də güzəştə gedilməyəcək.

Xatırladaq ki, Paşinyanın Sünikə gələcəyini eşidən əhali buna etiraz olaraq aksiya keçirib. Gorus şəhərinin meri Aruş Aruşanyan əhalini Baş nazirin səfərinə mane olmağa çağırıb. Bu çağırış onun həbsinə səbəb olub.

Erməni mediası yazır ki, hazırda Sünikdə də vəziyyət gərgindir.