Paşinyan Şuşayla bağlı sualı cavabsız qoydubackend

Paşinyan Şuşayla bağlı sualı cavabsız qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Yerablur hərbi panteonunu ziyarət edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, o, burada Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən erməniləri yad edib. Bu zaman jurnalistlərdən biri ondan Şuşanın Azərbaycan şəhəri hesab edib-etmədiyini soruşub.

N.Paşinyan isə jurnalistə bu sualı yazılı formada verməsini, kağızda Paşinyanın bunu harada və necə deməsini göstərməsini istəyib və əlavə edib ki, əgər jurnalist deyilənləri etsə, onda baş nazir jurnalistin sualına canlı yayımda cavab verəcək.

Başqa bir jurnalist isə hökumət başçısından əsirlərin azad olunması ilə bağlı sualına da cavab almayıb…