Paşinyan TƏŞVİŞDƏ: “Dövlətimizin tanınan ərazisini beynəlxalq səviyyədə riskə məruz qoyuruq”backend

Paşinyan TƏŞVİŞDƏ: “Dövlətimizin tanınan ərazisini beynəlxalq səviyyədə riskə məruz qoyuruq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavarda çıxış edir.

NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan dövlətin mövcud olması üçün əsas şərtin ərazi bütövlüyü olduğunu bildirib.

“Ərazisi olmayan dövlət ola bilməz”, – deyə Paşinyan qeyd edib.

“Biz Ermənistan Respublikasının ərazi bütövlüyünü bərpa etməyə çalışırıq. Sütunun fotolarını görmüsünüz? (red: yeni sərhəd dirəkləri nəzərdə tutulur). Bu sütun Ermənistan Respublikasının ərazi bütövlüyünün təməl daşıdır. Biz bu qərarları belə veririk – əgər dövlətin vacib şərtlərindən biri vətəndaşdırsa, ikincisi ərazi bütövlüyüdür” – Ermənistanın baş naziri vurğulayıb.

Paşinyana görə, ərazi bütövlüyü müəyyən bir ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisi deməkdir, çünki ərazi mövcud olsa da, beynəlxalq səviyyədə tanınmaya bilər:

“Biz beynəlxalq səviyyədə tanınmış ərazimizi beynəlxalq səviyyədə tanınmamış ərazimizlə qarışdırmağa çalışarkən dövlətimizin tanınan ərazisini beynəlxalq səviyyədə riskə məruz qoyuruq. Uzun illərdir ki, belə edirik”.

Musavat.com