Paşinyan Trampı təq edib, atəşə tutur…backend

Paşinyan Trampı təq edib, atəşə tutur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Növbəti vəd, növbəti yalan” – Ermənistanın yürütdüyü siyasətin ədəbi adlarından biri budur. Buna öyrəşdiyimizə görə rəsmi İrəvanın növbəti addımının necə olacağını təxmin edə bilirik. Məsələ iki vur ikiyə bənzərdir, yalnız nəticəsi hər zaman mənfidir.

Ermənistanın Baş naziri Nikol Paşinyan səhəri Tvitter hesabında həmin siyasəti əks etdirən paylaşımla açıb.

“Vaşinqtonda razılaşdırıldığı kimi, ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi səhər saat 8-dən başlayaraq atəşkəs rejimini tam dəstəkləyəcək”, – yazan Paşinyan Trampı da sonda təq edib. Sadə dildə desək, paylaşımda “ay Donald, bax, biz sözünə belə əməl edirik ha”, – yazıb.

Necə əməl etdiklərinə baxaq:

08:05 – Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutur.

08:24 – Düşmən Tərtər rayonunu atəşə tutur.

09:44 – Yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur. Səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub. Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

10:01 – Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulur.

11:20 – Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutur.

11:58 – Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur. Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

Siyahının birinci sətrinə təkrar baxın: 08:00-08:05, – cəmi 5 dəqiqə.

Beşcə dəqiqə.

Sözü 5 dəqiqəlik tutan Paşinyanın dəyəri heç 5 qəpik də deyil.

axar.az