Paşinyan Tsarukyanın mandatını əlindən aldırırbackend

Paşinyan Tsarukyanın mandatını əlindən aldırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamenti Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyanın mandatının əlindən alınması üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat parlamentin saytında yer alıb.

Qeyd edək ki, noyabrın 16-da Tsarukyanın mandatının əlindən alınması məsələsinin parlamentdə müzakirə edilməsi planlaşdırılsa da, iclas sonradan təxirə salınmışdı.

Tsarukyan vergidən yayınmaqda, seçicilərin səsini satın almaqda və böyük torpaq sahələrini mənimsəməkdə ittiham olunub. İyunda onun evində axtarış aparılıb, sonra isə onun deputat toxunulmazlığı ləğv edilib. 25 sentyabrda həbs edilən Tsarukyan 22 oktyabrda 200 min dollar girov qarşılığında azad olunub.

Bundan sonra Tsarukyan hərbi dəstə yaradaraq Qarabağda döyüşlərə qoşulduğunu bildirsə də, Paşinyan bunu təkzib edib və Tsarukyanın dəstələrinin böyük hissəsinin İrəvanda qaldığını, digər hissəsinin isə Şuşaya Azərbaycan ordusunun yaxınlaşdığını eşidən kimi qaçdığını bildirib.