Paşinyan Xaçaturovun oğlunu da tutdurdubackend

Paşinyan Xaçaturovun oğlunu da tutdurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan polisi hökumət binası qarşısındakı aksiya zamanı KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturovu həbs edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı öz feysbuk səhifəsində “Razm.info”nun rəhbəri Karen Vartanesyan paylaşıb.

İqor Xaçaturovla bərabər I Qarabağ müharibəsinin iştirakçısı Şaqen Meqryanın oğlu Zinavor Meqryan da həbs edilib.

Ümumilikdə aksiya zamanı 69 nəfər saxlanılıb.

Qeyd edək ki, bu gün müxalifət hökumət binasını mühasirəyə almağı və Paşinyana iclas keçirməyə imkan verməməyi hədəfləmişdi. Paşinyan artıq iclasını keçirib.