Paşinyan yenə sərsəmlədibackend

Paşinyan yenə sərsəmlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qlobal çətinliklərə baxmayaraq, Ermənistanın çox aydın, müəyyən iqtisadi uğurları var və bu kontekstdə, əlbəttə, birbaşa deyil, lakin mən çox vacib hesab edirəm ki, iqtisadi azadlıq indeksi bir neçə gün əvvəl dərc olunub, burada Ermənistan Respublikası dünyanın 165 ölkəsi arasında 11-ci yeri tutur. Bu təxribat Ermənistanın iqtisadi dinamikasını qırmaq məqsədi daşıyır”.

NOCOMMENT “SputnikErmənistan”a istinadla bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Lakin Paşinyanın bu sözləri həqiqəti əks etdirmir.

“Heritage” nəşrinin məlumatına görə, Ermənistanın dünya reytinq cədvəlində mövqeyi 26 pillə geriləyib və ötən ilin 32-ci mövqeyindən Ermənistan bu göstərici ilə 58-ci yerdə qərarlaşıb.

“Yəni Nikol Paşinyan özü və komanda üzvləri Ermənistanın qürurlu və ləyaqətli vətəndaşlarını növbəti dəfə aldadıblar”, – deyə nəşrdə qeyd edilib.