Paşinyan yeni seçkilər barədə məsləhətləşməyə başladıbackend

Paşinyan yeni seçkilər barədə məsləhətləşməyə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsləhətləşmələrə başlayıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nikol Paşinyan ayrı-ayrılıqda Respublika Partiyasının sədri Aram Sarkisyan və Çiçəklənən Ermənistan Partiyasının funksioneri Qurgen Arsenyanla görüşüb.

Görüşlərdə əsirlərin qaytarılması, 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi və Ermənistan iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.