Paşinyan Zəngəzurla bağlı təcili toplantı keçirdibackend

Paşinyan Zəngəzurla bağlı təcili toplantı keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsində təhlükəsizlik mövzusunda iclas keçirib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Məlumata görə, iclasda sosial-iqtisadi məsələlərə xüsusi yer verilib.

Paşinyan çıxışı zamanı Sünik sərhəd zolağında ciddi dəyişikliklərin edildiyini diqqətə çatdırıb: “İclasımız Sünik bölgəsinin problemlərinə həsr olunub. Bu gün çoxsaylı məsələləri müzakirə etməliyik. Məlum hadisələrlə əlaqədar Sünik sərhəd zolağında ciddi dəyişikliklər baş verdi. Bu gün Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bölgədə həyata keçirilən fəaliyyətimizi müzakirə etməliyik. Süniki dövlətçiliyimizin onurğası hesab etməyimin səbəbi var. Bütün ölkədə təhlükəsizliyi təmin etməli olsaq da, burada Sünik müstəsna əhəmiyyətə malikdir”.

Hökümət başçısı sərhəd icmaları statusunda olan topluluqların konkret sosial-iqtisadi proqramların müzakirəsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.

Bildirək ki, iclas zamanı Nikol Paşinyan icmaların və yolların təhlükəsizliyinin təmin edilməsi, “sərhəd məntəqələrinin müəyyənləşdirilməsi”, vətəndaşların əmlak ziyanının mümkün kompensasiyası və bir sıra digər məsələlərin həlli barədə məlumatlandırılıb.