Paşinyan: Zəngəzuru hissə-hissə vermək belə olurbackend

Paşinyan: Zəngəzuru hissə-hissə vermək belə olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzurun hissə-hissə təhvil verildiyi barədə müxalifətin səsləndirdiyi iddialara cavab verib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Nikol Paşinyan əslində Zəngəzurun əvvəlki hakimiyyət tərəfindən “verildiyini” deyib.

“Bu gün deyirlər ki, Zəngəzur hissə-hissə verilir. Gəlin baxaq, görək Zəngəzurun verilməsi formulu necədir: 2018-ci ildə Zəngəzurda uşaqların yalnız 4 faizi uşaq bağçasına getmək və məktəbəqədər təhsil almaq imkanında idi. Zəngəzurun təhvil verilməsi formulu məhz budur”, – deyə Paşinyan bildirib.

Bütün bunların Zəngəzurda yaşayışı çətinləşdirdiyini vurğulayan Paşinyan bu bölgədən insanların bir neçə ildir sistemli şəkildə köç etdiyinə diqqət çəkib.

O deyib ki, Zəngəzurun boşalmasının qarşısını almaq üçün hökumət plan düşünüb: “Zəngəzurun yalnız bir icmasına uşaqların tam təhsil almasına şərait yaradılması üçün 9 milyard dram ayrıldı. Bu, İrəvan və Gümrü istisna olmaqla, Ermənistan tarixində əyalətlərə ayrılan ilk ən böyük vəsaitdir”.