Paşinyana qarşı yeni ittiham: Alkoqolik!backend

Paşinyana qarşı yeni ittiham: Alkoqolik!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Alkoqolik erməni xalqının kollektiv imici ola bilməz”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Daşnaksutyun partiyasının “Ermənistan” blokundakı təmsilçisi İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın açıqlamalarına münasibət bildirməməyə qərar verib, lakin bir bəyanatı istisna edəcək: “Bu adam davamlı olaraq insanlar arasında düşmənçilik aşılayır. Onun xəyanətinə ortaq olmamğa çalışan insanlara müharibə elan edib. Bu gün dini elitaya qarşı da olacağını bildirib. Dəli xainə əllərini kilsədən, ruhanilərdən, milli dəyərlərdən uzaq tutmağa, hər şeyə zibil atmamağa çağırırıq. Xalqın adından danışır.

Sərxoş halda çəmənlikdə uzanıb içki şüşəsini qucaqlamağı xalqın kollektiv obrazı olduğunu düşünür. Bu, doğru deyil. Erməni xalqının kollektiv obrazı çalışqan, yaradıcı insandır. Küçə sərxoşu xalqın kollektiv obrazı ola bilməz”.