Paşinyana sərt ittiham: Kortejinin öldürdüyü hamilə qadının qanını batırırbackend

Paşinyana sərt ittiham: Kortejinin öldürdüyü hamilə qadının qanını batırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejinin iştirakı ilə baş vermiş qəza nəticəsində ölən hamilə qadın Sona Mnatsakanyanın işi üzrə yeni cinayət işinin başlanacağı istisna edilmir.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat verib.

Erməni nəşri mövzuya əlavə edib: “Əldə etdiyimiz məlumata görə, çatışmayan səs yazıları ilə bağlı Baş Prokurorluğa şikayət edilib və təqdim olunmuş şikayətin təmin edilib-edilməyəcəyi, yeni cinayət işinin başlanılıb-başlanılmaması və ya rədd edilib-edilməyəcəyi barədə məlumatı izləyərək öyrənəcəyik.

“Bundan əvvəl polis və polisi müşayiət edən bütün maşınlarda radio rabitəsi olduğunu bildirmişdiniz, lakin söhbət qeydə və lentə alınmayıb”, – deyə zərərçəkmişin varisinin nümayəndəsi, vəkil Raffi Aslanyan bildirib.

“Prosesin materialları ilə sübuta yetirilib ki, kortejin avtomobillərində radiorabitə olub, lakin texniki nasazlıq səbəbindən radiorabitə qeydə alınmayıb.

Zərərçəkmiş tərəfin əsaslı şübhəsi var ki, radiorabitə yazılarının verilməməsi cinayət prosesinin obyektiv gedişinin qarşısını almaq məqsədi daşıyır”, – deyə o bildirib.

“Səs yazısı vasitəsilə Nikol Paşinyanın nə əmr etdiyi, maşını saxlamağı əmr edib-etmədiyi və ümumiyyətlə, onların nədən danışdıqları aydın olardı. Onu da əlavə edək ki, Nikol Paşinyanın korteji tərəfindən vurulan hamilə qadın Sona Mnatsakanyanın ölümü ilə bağlı iş məhkəmədədir”, – deyə bu barədə İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Karen Farxoyan yazıb.