Paşinyana ŞOK: fraksiyası dağılır, aldatdığı millət vəkilləri…backend

Paşinyana ŞOK: fraksiyası dağılır, aldatdığı millət vəkilləri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı ölkə miqyasında etiraz dalğası davam edərkən hökumətində də etirazlar başlayıb.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, Paşinyanın liderlik etdiyi “Mənim addımım” blokundan olan millət vəkili Vardan Atabekyan Qarabağla bağlı fikir ayrılıqlarına görə fraksiyadan çıxmaq qərarına gəlib.

O, onsuz da, müstəqil bir millət vəkili olaraq fəaliyyətini mövcud problemlərin həllinə yönəltmək haqqında düşünür.

Deputat əksər insanlar kimi Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli bir bəyanat imzalandığını mətbuatdan öyrəndiyini qeyd edib. Atabekyana görə, deputat mandatından imtina etməməsinin yeganə səbəbi budur.

Qeyd edək ki, bu istefanın son olmayacağı ehtimalı yüksək qiymətləndirilir.