Paşinyana ŞOK: müxalifət hərbi çevriliş variantına keçirbackend

Paşinyana ŞOK: müxalifət hərbi çevriliş variantına keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanın paytaxtı İrəvanda keçirilən kütləvi aksiyalardan birində mövcud hökumətin hərbi çevriliş yolu ilə göndərilməsi fikri səsləndirilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin ombudsmanı Arman Tatoyan bildirib.

“Bu gün kütləvi aksiyalardan biri zamanı bütün məsələlərin silahın köməyi ilə, silahlı çevriliş çağırışı ilə həll edilməsi təklif olunub. Və bundan dərhal sonra müxalifət liderlərindən biri açıq şəkildə şiddətin qəbuledilməz olduğunu və bütün məsələlərin konstitusiya yolu ilə həll edilməli olduğunu bəyan etsə də, yuxarıda göstərilənlər qınanır və əsaslı şəkildə qəbuledilməzdir”, – deyə Tatoyan silahın tətbiqinə qarşı çıxış edib. Onun sözlərinə görə, fikri səsləndirən şəxs müxalifət liderlərindən biri olub.

Qeyd edək ki, müxalifətin bugünkü etiraz aksiyası hökumət binasının qarşısında başlayıb. Etirazçılar tələblərində qətiyyətli olduqlarını nümayiş etdirmək üçün küçələrdə gecələyirlər.