Paşinyana şok təlimat: Qarabağa iddiadan imtina olunur və…backend

Paşinyana şok təlimat: Qarabağa iddiadan imtina olunur və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çevrilişlə hədələnən Ermənistan Baş naziri Nikol Paşinyan sonadək mübarizə aparacaq, qənaətimə görə, istefa verməyəcək”.

NOCOMMENT xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu teleqram kanalında yazıb.

Jurnalist Ermənistanda baş verən son olaylara münasibət bildirib: “Ermənistan Baş naziri Nikol Paşinyanın sarsaq, ağılsız olduğunu düşünməməliyik. Əlbəttə, Paşinyanın diplomatiyadan, böyük siyasətdən xəbəri yoxdur, elementar etika və etiket qaydalarını bilmir, cahildir və avantüristdir. Üstəlik, aqressiv və kinli adamdır, cılızdır, yaramazdır.

Amma Nikol Paşinyan sonadək mübarizə aparacaq, qənaətimə görə, istefa verməyəcək. Bu, onun cəsarəti və ya qətiyyəti ilə bağlı deyil. Nikol Paşinyan Ermənistan və Ermənistandan xaricdəki çox güclü, təmərküzləşmiş və şəbəkələşmiş qüvvələrin marionetkasıdır. Maliyyə, siyasi və təşkilatı resursları çox olan bu qüvvələrə ağıllı, ciddi, hadisələrə təsir imkanlarına malik ermənilər rəhbərlik edirlər. Həmin insanlar nə istədiklərini əla bilirlər və məqsədlərinə çatmaq üçün heç nədən çəkinmirlər. O insanların indi bir məqsədi var: Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması. Çünki daha da varlanmaq, daha çox milyardlar qazanmaq istəyirlər.

Nikol Paşinyan, Robert Köçəryan, Serj Sarkisyan kimi marionetlər bəhs etdiyim adamlar üçün sadəcə, səviyyəsizlərdir. Qarabağ, “Miasum” məsələsi bu adamlar üçün illər boyu ballast, qulpu qırılmış çamadan olub: nə atmaq olmur – heyifdir, nə də daşımaq olmur – qulpu yoxdur. İndi o çamadandan qurtulma zamanıdır. Ermənistanın gerçək sahibləri də onlardır”.