Paşinyana yeni İTTİHAM: Lazımsız, köhnə silahlar alıbbackend

Paşinyana yeni İTTİHAM: Lazımsız, köhnə silahlar alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni hakimiyyət orqanları lazımsız, köhnə silahlar alıb”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu “Ermənistan” blokunun lideri Robert Köçəryan bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərindən sonra müəyyən nəticələr çıxarılıb. ““TOR” sistemləri üçün böyük bir satınalma proqramı var idi. Bəzilərini almağa müvəffəq oldular. 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra proqram dayandırılıb və “TOR” yerinə “SU-30” təyyarələrini, göründüyü kimi, raketlər olmadan alıblar. Bu, kobud bir səhv idi. Əslində, proqramlar var idi, amma dəyişdirildi. İordaniyadan köhnə “Osa” almışıq. Düşünürəm ki, orada böyük bir korrupsiya müqaviləsi var idi. Bu “Osa”lar yeni nəsil təyyarələrə qarşı acizdir. Yəni yararsız haldadır”.

Robert Köçəryan sıfırdan başlayaraq pilotsuz təyyarə istehsalının vacib olduğunu qeyd edib: “Azərbaycan bunu etdi”.