Paşinyandan Əliyevlə görüşdən əvvəl həmləbackend

Paşinyandan Əliyevlə görüşdən əvvəl həmlə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bu gün Brüsselə səfər edəcək.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə qərarı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.

Qriqoryan ayın 16-na qədər Brüsseldə qalacaq.

Qeyd edək ki, Paşinyan özü mayın 14-də Brüsseldə olacaq. Onun bu tarixdə Azərbaycan Prezidenti ilə görüşü gözlənilir. Bununla belə, erməni rəsmiləri Qriqoryanın niyə vaxtından əvvəl Brüsselə getməsi barədə susurlar. O, bundan öncə dəfələrlə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb. Qriqoryanın vaxtından əvvəl Brüsselə getməsi bu məsələni yenidən aktuallaşdırıb.