Paşinyandan ETİRAF: Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq – VİDEObackend

Paşinyandan ETİRAF: Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa ilə bağlı danışıb.

NOCOMMENT BBC News Azərbaycancaya istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, müharibədən yayınmaq üçün torpaqlar geri qaytarılmalı idi: “Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”.

Şuşa barədə də danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib: “Bu gün əleyhdarlar Şuşa haqqında danışırlar. Bəs 30 il ərzində Şuşada neçə yaşayış binası tikilib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.

Görüş iştirakçılarından birinin – “Yəqin saxlaya biləcəklərinə əmin olmayıblar”, – replikasına – “bunu siz dediniz, mən yox”, – cavabını verib.