Paşinyandan Qarabağ qadağası: Hakimiyyət Azərbaycanın qaydalarını qəbul edibbackend

Paşinyandan Qarabağ qadağası: Hakimiyyət Azərbaycanın qaydalarını qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan rəhbərliyindən heç kəs separatçı “Qarabağın müstəqilliyinin 30 illiyi” münasibətilə Dağlıq Qarabağa səfər etməyib.

Baş nazirinin ofisindən bu sorğuya qısa cavab veriblər: “Nikol Paşinyan avqustun 31-dən üçgünlük məzuniyyətdədir”.

Yüksək texnologiyalar naziri Vaaqn Xaçatryan isə hökumət iclasından sonra deyib ki, Qarabağa səfər etməmək qərarı siyasidir: “Belə bir siyasi qərar qəbul olunub. Başqa səbəb axtarmayın”. O sözügedən “siyasi qərarın” niyə qəbul olunduğunu izah etməyib. Dağlıq Qarabağa Ermənistan vitse-spikeri başda olmaqla Milli Məclisinin nümayəndə heyəti gedib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, u da qeyd olunmalıdır ki, parlamentin vitse-spikeri İşxan Saqatelyan müxalif Daşnaksutyun partiyasının üzvüdür. Sözügedən nümayəndə heyətinin qalan üzvləri də müxalifəti – keçmiş prezident Robert Köçəryanın “Ermənistan” və keçmiş prezident Serj Sarksiyanın “Şərəfim var” fraksiyalarını təmsil edirlər.

“Şərəfim var” fraksiyasından millət vəkili Tiqran Abramyanın fikrincə, Ermənistanın yüksək vəzifəli nümayəndələrinin Qarabağa gəlməməsi o deməkdir ki, hakimiyyət Azərbaycanın diqtə etdiyi oyun qaydalarını qəbul edib.

“Əgər biz bu prinsipi rəhbər tutsaq və Azərbaycanın diqtə etdiyi oyun qaydalarını qəbul etsək, onda Artsaxın (Qarabağ) itirilməsini sürətləndirər və bu itkini tamlaşdırarıq. Ermənistana daim Azərbaycanın gündəliyi sırınır, yeni güzəştlər, yeni itkilər sırınır. Artsaxa (Qarabağ) gəlməmək və Artsaxla (Qarabağ) bağlı prioritet sualları irəli sürməmək bu hakimiyyətin apardığı siyasətdən xəbər verir və bu, tam gözləniləndir. Bu siyasət Ermənistan tərəfindən gələcəkdə yeni güzəştləri nəzərdə tutur”.