Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında formalaşan sülh mühitinin iqtisadi əlaqələr üçün siyasi zəmin yaratdığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, o, azərbaycanlı şirkətlərin istehsal etdiyi neft məhsullarının İrəvana tədarükünə münasibət bildirərkən bu məqama xüsusi diqqət çəkib.
Paşinyanın sözlərinə görə, sözügedən ticarət əməliyyatları özəl şirkətlər arasında həyata keçirilir. Bununla belə, baş nazir vurğulayıb ki, məhz Azərbaycanla Ermənistan arasında yaranmış sülh şəraiti bu cür iqtisadi əməkdaşlıq üçün zəruri siyasi imkanları formalaşdırıb.
Ermənistan hökumət başçısı qeyd edib ki, regionda sabitliyin və qarşılıqlı etimadın güclənməsi iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır və bu proses tərəflər üçün praktik nəticələr ortaya qoyur.













