Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı tərəfdaşlarından Yerasxa(Arazdəyən)–Naxçıvan və Axurik–Türkiyə sərhədi hissələrinin dəmir yolunun təxirəsalınmaz bərpasını xahiş edib.
NOCOMMENT.az xəbər verir ki, yaxın zamanda Paşinyan həmçinin Rusiya tərəfinə İcevan–Qazax dəmir yolu xəttinin bərpası üçün müraciət etməyi planlaşdırır. Baş nazir Rusiya tərəfinin bu xahişi yerinə yetirəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, 2008-ci ilin fevralında Ermənistanın dəmir yolu infrastrukturu 30 illik müddətə Rusiya Dəmir Yollarının törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” ASC-yə konssessiya əsasında verilib və bu müddət 10 il uzadıla bilər.













