Paşinyandan seçki açıqlaması: Bu səhifə birdəfəlik qapandı…backend

Paşinyandan seçki açıqlaması: Bu səhifə birdəfəlik qapandı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiləri ərəfəsində beynəlxalq və yerli müşahidəçilərin qeydiyyatının birmənalı olaraq heç bir əngəl olmadan həyata keçirildiyini bildirib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Nikol Paşinyan iyunun 20-də baş tutan növbədənkənar seçkilərin demokratiya standartlarına uyğun olaraq keçirildiyini vurğulayıb.

“Hamı bilirdi ki, üçüncü respublika tarixində ən gözlənilməz seçkiləri keçiririk. Siyasi iradə və dəyərlərimizi qeyd etməyimiz çox vacibdir”, – deyə o bildirib.

Nikol Paşinyan daha sonra deyib: “Seçkidə rüşvət halları və seçicilərin iradəsinə təsir göstərməyin digər təzahürlərinə dair cinayət işlərinin açılmasına baxmayaraq, Ermənistanda seçki nəticələrinin saxtalaşdırılması səhifəsinin geridönməz şəkildə bağlandığına inanmaq istəyirəm”.