Paşinyandan skandal qərar: Ordunu gücləndirmək üçün…backend

Paşinyandan skandal qərar: Ordunu gücləndirmək üçün…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə Qarabağda döyüş əməliyyatları başlamazdan əvvəl Ermənistan ordusunda xidmətdən yayınanlara amnistiya elan ediləcək.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi bu gün Ermənistan hökumətinin iclasında təsdiqlənib.

Qərara əsasən, 2020-ci il sentyabrın 26-dək hərbi xidmət və ya hərbi təlimlərdən yayınanlar üçün əfv elan olunacaq.

Qərarı şərh edən Baş nazir Nikol Paşinyan bu məsələnin həmişə mübahisələrə səbəb olduğunu, ancaq hökumətin belə bir addım atmaq qərarı verdiyini bildirib.

Baş nazir indi bir çox insanın belə bir qərarın verilməsi üçün uyğun vaxt olmadığına inandığını deyib.

Paşinyan bununla Ermənistan ordusunu “gücləndirəcəklərini” söyləyib.

Qeyd edək ki, müvafiq qərarla əfv oluna biləcək fərarilərin sayı 5130 nəfərdir.