Paşinyandan şok Qarabağ açıqlaması: Geriyə dönüşü olmayan nöqtə…backend

Paşinyandan şok Qarabağ açıqlaması: Geriyə dönüşü olmayan nöqtə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş nazir Nikol Paşinyan 44 günlük müharibənin hakimiyyətinin ən böyük problemi olduğuna inandığını, amma Qarabağla bağlı geriyə dönüşü olmayan nöqtənin onun iqtidara gəlişindən əvvəl yarandığını bildirib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, o, bu barədə parlamentdəki çıxışı zamanı danışıb.

“2018-ci ildə hakimiyyətə gələndə Qarabağla bağlı geriyə dönüşü olmayan nöqtədən başladıq”, – Paşinyan qeyd edib.

Eyni zamanda, baş nazir qurduğu hökumətin inqilabın əsas məqsədini reallaşdırmağı bacardığını düşünür: “Vətəndaş özünü ölkənin ağası hesab edir”.