Paşinyandan şok qərar: Bütün komandanı istefaya göndərdibackend

Paşinyandan şok qərar: Bütün komandanı istefaya göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan demək olar ki, Diasporla İş üzrə Dövlət Komitəsinin bütün heyətini işdən azad edib.

NOCOMMENT.az Teleqraf.com-a istinadla xəbər verir ki, komitə rəhbəri Zara Sinanyan istisna olmaqla əsas postları tutan şəxslər vəzifələrindən azad olunub.

Baş nazirin qərarı ilə postlarından uzaqlaşdırılan şəxslər aşağıdakılardır:

  • MDB Erməni İcmaları İdarəsinin Rusiya, Ukrayna, Belarus və Moldovadakı şöbəsinin rəhbəri Edqar Ovsepyan;
  • Avropadakı erməni icmaları şöbəsinin rəhbəri Karen Avanesyan;
  • Qərbi Avropadakı erməni icmaları ilə əlaqələr şöbəsinin rəhbəri Natalya Danielyan;
  • Amerika Erməni İcmaları Departamentinin Cənubi Amerika və Avstraliyadakı şöbəsinin rəhbəri Qoar Saakyan;
  • Repatriasiya və Tədqiqatlar şöbəsinin müdiri Qriqor Arşakyan;
  • Beynəlxalq və Kilsə Təşkilatları ilə Əlaqələr Departamentinin Beynəlxalq Münasibətlərin təşkili şöbəsinin müdiri Anahit Davtyan;
  • Beynəlxalq və kilsə təşkilatları ilə əlaqələr şöbəsinin müdiri Knarik Petrosyan;
  • Orta Şərq erməni icmaları şöbəsinin müdiri Levon Antonyan;
  • Yaxın diasporla əlaqələr şöbəsinin müdiri Taron Şaqoyan.

Erməni mediası Ermənistan baş nazirinin bu addımını təsadüfən atmadığını yazır. Bu, Paşinyanın xarici ölkələrdə azərbaycanlılara qarşı hücumların təşkil edilməsindən sonra beynəlxalq ictimaiyyətin kəskin etirazı qarşısında qalan erməni diasporunun üstündəki “ləkəni” təmizləmək cəhdi kimi qiymətləndirilir.