Paşinyandan tam etiraf: Ona görə imza atdım ki…backend

Paşinyandan tam etiraf: Ona görə imza atdım ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda döyüş fəaliyyətləri davam etsəydi, Xankəndini itirəcəkdik.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan öz feysbuk səhifəsində canlı yayım zamanı deyib.

“Baş Qərargah mənə raport verdi ki, bizim resurslarla bağlı problemlərimiz var. Qarabağın “siyasi rəhbərliyi” bu mövqeyi bölüşürdü. İmzalanan sənədlə biz müharibənin davam edəcəyi halda əlimizdə saxlaya bilməyəcəyimizi əldə etdik. Xankəndi müdafiəsiz qalmışdı”, – deyə o bildirib.

Paşinyan müharibə davam edəcəyi halda erməni ordusunun mühasirəyə düşə biləcəyini də deyib: “Nəticədə tam kollaps olardı. Məhz bu əsasla belə qərar qəbul olundu”.