Paşinyandan yeni təyinatlar – nazir müavinləribackend

Paşinyandan yeni təyinatlar – nazir müavinləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra təyinat fərmanları imzalayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Paşinyan Vaqe Ovannisyanı maliyyə nazirinin müavini təyin edib. Bu qərar artıq hökumətin saytında yerləşdirilib.

Başqa bir fərmanla Baş nazir Rafael Gevorkyanı iqtisadiyyat nazirinin yeni müavini təyin edib.

Xatırladaq ki, avqustun əvvəlində Ermənistanın hökumət başçısı yeni maliyyə naziri təyin edib. Bu vəzifə 2020-ci ilin noyabr ayında vəzifəsini tərk edən keçmiş iqtisadiyyat naziri Tiqran Xaçatryana verilib. İqtisadiyyat naziri postunu isə Vaan Kerobyan tutur.