Paşinyanı devirmək üçün gizli plan işə düşdübackend

Paşinyanı devirmək üçün gizli plan işə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifətinin liderləri Yerevanda gizli görüşüb keçirib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, ötən gün baş tutan görüşdə 6 lider – eks-prezidentlər Robert Köçəryan, Serj Sarkisyan, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, “Vətən” partiyasının sədri Artur Vanetsyan, “Daşnaksütyun” partiyasının liderlərindən olan İşxan Saqatelyan və müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan iştirak edib.

Onların fevralın 20-də müxalifətin Yerevanın mərkəzində planlaşdırılan böyük mitinqi ilə bağlı müzakirələr apardığı xəbər verilir. Tərəflər aksiyada maksimum sayda etirazçı toplamaq üçün bütün imkanlarından, o cümlədən maliyyə yardımlarından istifadə etmək barədə razılıq əldə edib. Onlar 20 fevral mitinqində insanların azsaylı olmasının müxalifətin iflası olacağını da qərarlaşdırıblar.