Paşinyanın ailəsinə büdcə hesabına 5 maşın alındıbackend

Paşinyanın ailəsinə büdcə hesabına 5 maşın alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan üçün dövlət büdcəsindən dəyəri 500 min dollardan çox olan beş yeni yolsuzluq avtomobili alınıb.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

“Maşınlar Milli Təhlükəsizlik Xidmətinin məxfi qərarı ilə alınaraq, Paşinyana və ailəsinə verilib. Baş nazir üçün hər birinin qiyməti təxminən 100 min dollar olan 4 ədəd Toyota Land Cruiser 300 alınıb.

Digər maşın isə qiyməti 130-150 min dollar olan dizel mühərrikli lüks yolsuzluq avtomobili Lexus LX500-dür. Lexus Paşinyanın arvadına xidmət göstərəcək. Baş nazirin xanımına hazırda başqa bir lüks yolsuzluq avtomobili Lexus LX460 da xidmət göstərir. Milli Təhlükəsizlik Xidməti bu xəbəri nə təsdiq, nə də təkzib edib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, təxminən bir il əvvəl Paşinyan üçün daha iki yeni avtomobil alınmışdı: təxminən 250 min dollar dəyərində zirehli yolsuzluq avtomobili Lexus LX570 və Toyota Hiace.