Paşinyanın arvadı Qərbdə və Rusiyada nə axtarır? – İlginc versiyabackend

Paşinyanın arvadı Qərbdə və Rusiyada nə axtarır? – İlginc versiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan qərb demir, şimal demir, bir sözlə ABŞ-dan vurub, Rusiyadan çıxır. Hər gün bir ölkədən səsi gəlir. Bu qadının əslində bir vəzifəsi də yoxdur. Məhz bu səbəbdən haqlı olar çoxlu sayda suallar yaranıb.

Akopyan xaricdə nə axtarır? Yoxsa erməni baş nazir hansısa missiya ilə onu göndərir? Bəlkə 44 günlük II Qarabağ savaşında məğlub olandan sonra ölkəsində start götürən və bu gündə səngiməyən etiraz dalğasından sonra Paşinyanın arvadı xaricdə sığınacaq axtarır?

NOCOMMENT xəbər verir ki, siyasi şərhçi Yeganə Hacıyeva yaranan suallarla bağlı düşüncələrini “Yeni Müsavat”la bölüşüb: “Anna Akopyanın xarici səfərləri ilə bağlı müxtəlif məlumatlar həm erməni mediasında, həm də xarici mediada çox gedir. Öncə Rusiyaya, ardınca Fransaya qısa bir görüş üçün bir neçə saat ardınca isə ABŞ-a səfərlər edən Anna Akopyanın turnesini yerli və xarici erməni media şəbəkəsi daha çox əyləncə və s. kimi qeyri-ciddi səfərlər kimi təqdim edir. Tam əminliklə bu səfərlərin işgüzar və biznes səfəri kimi həyata keçirildiyini iddia edə bilərik.

Məsələ ondadır ki, Anna Akopyan müxtəlif korrupsiya sxemləri üzrə öz siyasi rəqibləri və 2018-ci ildə devirdikləri hökumətin nüfuzlu simalarından rüşvət alması, köçürmələr, bank hesabları, vəsaitlər və fərdi hesabların böyük məbləğlər dövriyyə edən fondun rəhbəridir. Məlumat üçün qeyd edim ki, 2019-cu ilin yanvar ayında Davos Forumunda iştirak adı ilə Sürixə səfər edərkən bu korrupsiya fondlarının yaradılması və idarə olunmasında birbaşa iştirak edib.

Anna Akopyana bu məsələlərdə Ermənistanın bir sıra nüfuzlu rəsmiləri ilə uzun illərdir şübhəli kontaktda olan isveçrəli bir iş adamı vasitəçilik edib.

2019-cu il 1 mart tarixinə olan məlumatlara əsasən, Ermənistan baş nazirinin həyat yoldaşı Anna tərəfindən birbaşa və ya dolayısı ilə nəzarət edilən hesablarda ümumi məbləğ nə az, nə çox – 1,5 milyard avroya çatmışdı. Üstündən artıq 2 il keçib və bu iki il ərzində, əlbəttə, məbləğ daha da böyüyüb. Keçən il yayda, həmçinin Ermənistanda Amulsar yataqlarının işlənməsində tender qalibi “Lyudian Armenian”ın heç kimin tanimadığı “New-Co” adlı partnyor şirkəti haqqında məlumatlar ortaya çıxıb. “New-Co” şirkətinin rəsmiləşməsində məhz Sürixdə bir isveçrəli iş adamı vasitəçilik edib. İsveçrəli bu iş adamı iki il öncə Anna Akopyanın Sürixdə korrupsiya sxemini idarə edən şəxsdir.

“Lyudian Armenia” keçən il yay aylarında Amulsar yataqlarının işlənməsi üçün təbiəti qoruyanların etirazlarına rəğmən “müsbət ekoloji” rəy alıb və ilkin işlərə başlayıb. Müsbət ekoloji rəyin alınması və işlərə başlanəlması iyul və avqust ayında Ermənistanın hərbi təcavüzü və diversiyası ərəfəsinə təsadüf edib. Ermənistanda müxalifət baş nazirin bu diversiya və təcavüzün ardınca isə müharibə başlamasını məhz daxildə diqqəti bu prosesdən yayındırmaq məqsədi daşıdığını iddia edirlər. Anna Akopyanın səfərləri birmənali biznes və işgüzar səfərləridir.

Digər tərəfdən isə Anna Akopyanın Moskvaya səfərini vətəndaşlıq almağa görə sənədləşmə üçün nəzərdə tutulduğunu qəbul edə bilərik.

Məsələ ondadır ki, Ermənistanın Xüsusi İstintaq Xidməti Baş nazir Nikol Paşinyan və bir qrup digər yüksək vəzifəli şəxsə qarşı cinayət işi açıb və bu cinayət işləri üçün həbslərin aparılması sadəcə zaman məsələsidir. Anna Akopyan həm də Moskvada ailəsinin təhlükəsizliyi üçün müəyyən addımlar atır. Yerli mediada ABŞ-dan sığınacaq almaq haqqında məlumatlar paylaşılır. Lakin Anna Akopyan anlayır ki, erməni lobbisinin kriminal əlləri bu qədər uzun olan ABŞ-da onun ailəsi təhlükəsizlikdə ola bilməz, onların təhlükəsizliyinin qarantı ancaq və ancaq Rusiyadır. Ümumiyyətlə, Nikol Paşinyanın bütün fəaliyyətində Anna Akopyan öz rolunu oynayıb.

Baş nazirin siyasi fəaliyyətini onun yerinə “Haykakan Jamanak” qəzetinin baş redaktoru olanda həyat yoldaşı Anna aparıb. Paşinyanın sosial media səhifəsini onun baş redaktoru olduğu qəzetin sosial media səhifəsi də adlandırırlar”.