Paşinyanın arvadına ittiham: Ermənistanın məğlubiyyətində Annanın gizli rolu olubbackend

Paşinyanın arvadına ittiham: Ermənistanın məğlubiyyətində Annanın gizli rolu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Anna Akopyan əri  Nikol Paşinyandan daha vacib və əhəmiyyətli bir amildir”.

NOCOMMENT modern.az-a istinadla xəbər verir ki, bunu Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan deyib.

Onun sözlərinə görə, de-yure dövlət başçısı vəzifəsini tutan şəxs əvvəllər, komanda məntəqəsində olan arvadını oraya generallara mənəvi dəstək göstərmək üçün ezam etdiyini bildirmişdi.

“Elə yalnız bu məqamın özü hüquqi qiymətləndirmə tələb edir, çünki onun həyat yoldaşı komanda məntəqəsində olmaq hüququna malik deyildi”, – deyə Kazinyan vurğulayıb.

Partiya sədri hesab edir ki, Anna Akopyan mütləq dindirilməlidir: “Çünki Qarabağ müharibəsində erməni tərəfinin məğlub edilməsində onun gizli rolu olub”.