Paşinyanın arvadının dəstəsi necə oldu…backend

Paşinyanın arvadının dəstəsi necə oldu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyanın “müharibə şousu” yenidən müzakirə mövzusu olub.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, erməni mediası 2020-ci ilin payızında Qarabağda gedən 44 günlük müharibə zamanı Anna Akopyanın yaratdığı qadın dəstəsinin taleyini araşdırmağa çalışıb.

Xatırladaq ki, Anna Akopyan Qarabağdakı hərbi əməliyyatlarda iştirak etmək üçün 13 qadından ibarət “Erato” adlandırdığı dəstə yaratdığını bəyan etmişdi.

Lakin “Erato” döyüş əməliyyatlarında görünmədi. II Qarabağ müharibəsinin gedişi zamanı – oktyabrda Xankəndiyə gələn Anna Akopyanın özü isə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarını görüb Qarabağdan qaçdı.

Bununla da Ermənistan cəmiyyətinə məlum oldu ki, Anna Akopyan əslində “müharibə şousu” göstərirmiş.

“Erato” dəstəsində Anna Akopyandan başqa Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından üzvü Meri Qalstyan da var idi.

Ermənistanın “Armlur” saytı yazır ki, qadın dəstəsinin digər üzvləri, onların kimliyi və Anna Akopyanın rəhbərlik etdiyi qrupa necə daxil olduqları, hazırda nə iş gördükləri barədə bu günə qədər heç nə məlum deyil.

Sayt “Erato” dəstəsinin üzvü – deputat Meri Qalstyandan qrupun taleyi barədə soruşub.

Jurnalistin bununla bağlı sualını dinləyən Meri Qalstyan cavab verməkdən yayınıb.