Paşinyanın Baydenlə əlaqə yaratması yanvardan tez mümkün deyilbackend

Paşinyanın Baydenlə əlaqə yaratması yanvardan tez mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşanın işğaldan azad edilməsi Azərbaycanın qalibiyyətini tamamilə başqa bir müstəviyə qaldırıb. Bu, sadəcə hansısa şəhərin azad edilməsi demək deyil. Şuşanın azad edilməsinin siyasi yükü tamamilə fərqlidir. Artıq Azərbaycan qalib xalq kimi təqdim olunmalıdır. Reallıqda bu, belədir. Ruh yüksəkliyi, insanların inamı və dünən küçələrdə yaşanan izdiham Azərbaycanın qalib ölkə olduğunu nümayiş etdirir.

NOCOMMENT.az bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın AŞPA-da Nümayəndə Heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, Qarabağın bir hissəsi hələ də işğalda olmasına baxmayaraq, düşmənin həmin ərazilərdən təmizlənməsi zaman məsələsidir: “Bu, bir reallıqdır. BMT və ATƏT-in təqdim etdiyi prinsipləri Azərbaycan təkbaşına reallaşdırıb. İndi tamamilə fərqli bir mənzərə yaranıb. Nə vaxtsa, danışıqlar olacağına inansaq, bu, tamamilə başqa tərzdə olacaq. Qalib gəlmiş dövlətlə, məğlub olmuş işğalçı müstəvisində danışıqlar aparıla bilər. İki tərəfin danışıqları mövzusu bitib. Həmsədrlərin də fəaliyyətinə ehtiyac qalmayıb. Onlar da tarix oldu. Bundan sonra hansısa yeni bir format yaranacaq”.

Səməd Seyidovun fikrincə hazırda Nikol Paşinyan Co Baydeni axtarmağa başlayıb: “Co Bayden də ona sosial şəbəkə vasitəsilə cavab verib ki, “mən hələ işə çıxmamışam”. Şeçkidən sonra ABŞ-da çox şey dəyişəcək. Gələn ilin yanvarından tez Paşinyanın ABŞ-ın yeni administrasiyasına çıxışı mümkün deyil”.

Millət vəkili vurğulayıb ki, ermənilər tarix boyu yaşadığı ölkələrə xəyanət edib: “Erməni xəyanətinin kökünü isə Azərbaycan xalqı kəsir. Ermənilər azərbaycanlıların hesabına qafqazlı bir xalq ola bilər. Onlar Qafqaz məkanının ab-havasını dərk etsələr, burada yaşaya biləcəklər”.